logo

İsti hava səbəbindən DİM imtahanların saatını dəyişib

15:55 06-06-2023 | icon 7014
İsti hava səbəbindən DİM imtahanların saatını dəyişib

Dövlət İmtahan Mərkəzi(DİM) tərəfindən iyunun 11-də və daha sonrakı tarixlərdə, eləcə də iyul və avqustda keçiriləcək imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq.

YeniAvropa xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

İştirakçıların nəzərinə çatdırılıb ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmayacaqlar : "Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Hər hansı bir imtahan üçün  buraxılış vərəqələri imtahandan 5-7 gün öncə Mərkəzin saytına yerləşdirilir".