Səməd Seyidov AŞ PA-nın həmməruzəçiləri ilə görüşüb
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında(AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə regiondakı mövcud vəziyyət barədə danışan Səməd Seyidov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra erməni qəsbkarlarının işğalından azad edilmiş ərazilərin yenidən bərpası, məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması üçün irimiqyaslı layihələr həyata keçirir.
Komitə sədri diqqətə çatdırıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalanma yenidənqurma işlərinə əngəl törədir. O, məcburi köçkünlərin təhlükəsiz qayıdışının və minatəmizləmə prosesini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığın və yardımın səfərbər edilməsinin əhəmiyyətini vurğulayıb.
Səməd Seyidov Azərbaycanın bölgədə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına yönələn səyləri və əməli addımları, müvafiq etimad quruculuğu tədbirləri barədə həmməruzəçilərə məlumat verib.
Sonra görüşdə deputatlar Asim Mollazadə, Əziz Ələkbərov, Erkin Qədirli, Kamal Cəfərov, Sevinc Fətəliyeva və Nigar Arpadarai çıxış edərək bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının önəmindən söz açıblar.
AS PA-nın Monitorinq komitəsinin həmməruzəçisi Yan Lidel-Qreynger (Birləşmiş Krallıq) və Liz Kristofersen (Norveç) Azərbaycana səfərləri və keçirilən görüşləri barədə danışıblar. Onlar regional əməkdaşlığın inkişaf etdirilməsi, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı onları maraqlandıran məsələlər barədə suallarını ünvanlayıblar.
Deputatlar həmməruzəçiləri maraqlandıran məsələlərə aydınlıq gətiriblər, onların suallarını cavablandırıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfinin Ermənistana təklif etdiyi sülh beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Qonaqlara azərbaycanlıların Ermənistandan qovulması və deportasiyası barədə məlumat verilib, onların hüquqlarının təmin edilməsinə beynəlxalq dəstəyin göstərilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Milli Məclisin deputatı Pərvin Kərimzadə, Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix və digər rəsmi şəxslər iştirak ediblər.
Prezident turizm sahəsində fərqlənənləri təltif edib
Bakıda Avropa çempionatının açılış mərasimi keçirilib
Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard dollara çatır
İlham Əliyev və xanımı ICESCO-nun baş direktoru ilə görüşüblər
Nərimanovda polis əməliyyatı:7 nəfər tutuldu
Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
Azərbaycan-Gürcüstan müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir
Qazaxıstanın hərbi gəmiləri Bakı buxtasına yan aldılar
Xocalıda 100 hektarlıq narkotik plantasiyası aşkarlanıb
Sabah Bakıda arabir yağış yağacaq. 26° isti olacaq
UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib
“Aztelekom” Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur
Azərbaycanda 8 qadın prokuror rəhbər vəzifədə çalışır
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir
Azərbaycan kosmik sahəni inkişaf etdirməyə davam edəcək-Prezident
"Azercell Telecom"un dəstəklədiyi “Böyük dəbilqə” cüdo turniri başa çatıb
Prezident İlham Əliyev və xanımı Beynəlxalq Astronavtika Konqresində iştirak edir
Vaqif Xaçaturyanın cinayət işinə Hərbi Məhkəmədə baxılacaq
Lənkəranda narkotacirin evindən 8 kq heroin götürülüb
Bakı 74-cü Beynəlxalq Astronavtika Konqresiinə ev sahibliyi edir
Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsi ilə əhatə olunub