logo

Faktiki hava: Gədəbəy və Qubaya dolu düşüb

11:11 05-06-2023 | icon 1547
Faktiki hava: Gədəbəy və Qubaya dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 5-i saat 11:00-a olan məlumatına əsasən, axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Balakən, Qax, Qrız, Sabirabad, Yevlax, Tərtər, Şahdağ, Şəki, Zaqatala, Ağstafa, Şəmkir, Naftalan, Daşkəsən, Sədərək, Şərur, Naxçıvanda 2 millimetrədək olub.

Gədəbəy rayonunun Zəhmət kəndində saat 18:35-18:45 radələrində diametri 4-6, millimetr olan, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə isə saat 20:28-20:32 radələrində xırdadənəli dolu düşüb.

Qərb küləyi əsib, Naxçıvanda və Naftalanda sürəti arabir 20, Mingəçevirdə 16 metrədək güclənib. Şahdağ, Lerik, Qrızda duman müşahidə edilib.

Havanın temperaturu iyunun 4-də iqlim normasından 4.7° yuxarı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°, Naxçıvanda 35°, dağlıq rayonlarda 29°, yüksək dağlıq ərazilərdə 16°, Aran rayonlarında 35°-dək isti təşkil edib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.