Gəncə şəhərində qadın intihar edib.
YeniAvropa xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb. Qadın özünü 9 mərtəbəli binanın 7-ci mərtəbəsindən ataraq intihar edib.
Məlumata görə, intihar edən Pərvanə Maarif qızı Hüseynova Cinayət Məcəlləsinin 326-cı maddəsi ilə Gəncə şəhər Probasiya Şöbəsi tərəfindən axtarışda olub.
İntihar edən şəxsin kirayədə yaşadığı bəlli olub.
Faktla bağlı araşdırma aparılır.