logo

Azərbaycan Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib

09:29 02-06-2023 | icon 2401
Azərbaycan Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçilib

Mayın 31-də Bolqarıstan Respublikasının Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki,iyunun 2-dək davam edəcək sözügedən iclas çərçivəsində iyunun 1-də ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.

Azərbaycan 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər nəticəsində İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.

Nazirlik Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edib.