logo

Azərbaycanın müdafiə naziri Gürcüstana işgüzar səfərə gedib

11:55 26-05-2023 | icon 1575
Azərbaycanın müdafiə naziri Gürcüstana işgüzar səfərə gedib

Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.

YeniAvropa xəbər verir ki, general-polkovnik Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.

Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərə qatılıb.