logo

Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişinin imzalanmasına nail ola bilər-Peskov

14:19 26-05-2023 | icon 3430
Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişinin imzalanmasına nail ola bilər-Peskov

Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişinin imzalanmasına nail ola bilər.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O xatırladıb ki, tərəflər arasında olan məsələləri müzakirə etmək üçün Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinləri Moskvada toplaşacaqlar. D.Peskov deyib: “Qarşıya bütün məsələləri sonunadək yekunlaşdırmaq vəzifəsi qoyulmur, çünki hər halda, başlıca olan son nəticədir, burada heç kim vaxt dalınca qaçmır”.

Kremlin sözçüsü əlavə edib ki, “indi vəziyyət bir çox hallarda dəyişib və faktiki olaraq, konseptual şəkildə bu dəyişən şəraitlər yaxın gələcəkdə sülh sazişinin imzalanmasına imkan yarada bilər.