logo

Sabah Bakıda 30° isti olacaq,bölgələrdə isə leysan, şimşək və dolu xəbərdarlığı

13:31 25-05-2023 | icon 1596
Sabah Bakıda 30° isti olacaq,bölgələrdə isə leysan, şimşək və dolu xəbərdarlığı

Azərbaycanda mayın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, axşam cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 25-30° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacağı bildirilir.