logo

“Uber” və “Bolt”un 69 sürücüsünə qarşı ciddi tədbirlər görülüb

13:13 25-05-2023 | icon 1589
“Uber” və “Bolt”un 69 sürücüsünə qarşı ciddi tədbirlər görülüb

Paytaxt ərazisində “Uber” və “Bolt” taksi şirkətlərinin bəzi sürücülərinin xanım sərnişinlərlə qeyri-etik formada davranmaları, əxlaqsız təklif etmələri, eləcə də taksi fəaliyyəti ilə məşğul olan zaman narkotik vasitələrin təsiri altında olmaları barədə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları silsilə əməliyyatları davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,həyata keçirilən sonuncu tədbirlər nəticəsində bu günə qədər qeyd olunan əməlləri törədən həmin şirkətlərin 63 sürücüsü müəyyənləşdirilərək saxlanılıb. Son günlərdə keçirilən tədbirlər zamanı oxşar hərəkətlər törədən daha 6 sürücü də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunub. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bəzilərinin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib. Bu istiqamətdə polis əməkdaşları tədbirləri davam etdirirlər.

Qeyd edək ki, vətəndaşlar taksi xidmətlərindən istifadə edən zaman qarşılaşdıqları belə mənfi hallarla bağlı dərhal ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.