logo

Şəkidə zəhərlənməyə görə  məktəbdə bu gün dərs olmayacaq

10:50 24-05-2023 | icon 5418
Şəkidə zəhərlənməyə görə  məktəbdə bu gün dərs olmayacaq

Mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınıb və onlar Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Gecə saatlarında daha bir neçə şagirddə yaranmış narahatçılığa görə onlar da xəstəxanaya gətiriliblər. Hazırda həmin şagirdlərin vəziyyətlərinin normal olduğu və günün sonuna kimi həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılacağı bildirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, təhsil müəssisəsində yaranmış problemi aradan qaldırmaq üçün bu gün, yəni mayın 24-də məktəbdə əyani dərslər keçiriləməyəcək.

Qeyd edək ki, ilkin araşdırmalara görə, allergiyaya məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Ehtimal edilir ki, mayın 23-də havanın temperaturunun yüksək olması səbəbindən məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələri buxarlanaraq məlum hadisənin baş verməsinə gətirib çıxarıb.