logo

Cəlilabad ağır avtoqəza: Xəsarət alanlar var

09:29 24-05-2023 | icon 10864
Cəlilabad ağır avtoqəza: Xəsarət alanlar var

Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

YeniAvropa xəbər verir ki,  hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər - 1971-ci il təvəllüdlü Xalidə Quliyeva, 1971-ci il təvəllüdlü İlhamə Quliyeva və 1998-ci il təvəllüdlü Əsəd Quliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.