logo

Ordumuz tərəfindən  Ermənistan tərəfə atəş açılmayıb-Müdafiə Nazirliyi

10:30 23-05-2023 | icon 3290
Ordumuz tərəfindən  Ermənistan tərəfə atəş açılmayıb-Müdafiə Nazirliyi

Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik.

YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.