logo

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistana rəsmi səfərə gedib

09:49 23-05-2023 | icon 3332
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistana rəsmi səfərə gedib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub.