logo

Azərbaycan və Ermənistan liderlərinin gələn həftə Moskvada görüşü gözlənilir

13:53 19-05-2023 | icon 4529
Azərbaycan və Ermənistan liderlərinin gələn həftə Moskvada görüşü gözlənilir

Kreml Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş olacağını təsdiqləyib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov KİV-ə müsahibəsində bildirib. Qeyd edib ki,görüş gələn həftə keçirilə bilər.

“Gələn həftə biz Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada Avrasiya İqtisadi Forumu və Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan Moskvada olacaq. Biz mümkün əlaqələr barədə sizə vaxtında məlumat verəcəyik”, - deyə Peskov vurğulayıb.