logo

Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçirilib

12:52 19-05-2023 | icon 4291
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü keçirilib

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında keçirilən ikitərəfli görüş başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, görüş Rusiya Xarici İşlər Nazirliyində baş tutub. 

Xatırladaq ki, mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.