logo

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

12:11 18-05-2023 | icon 4998
Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Mayın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində mayın 19-da Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.