logo

Suqovuşanda avtomobil minaya düşüb,sürücü  yaralanıb

11:01 26-04-2023 | icon 4165
Suqovuşanda avtomobil minaya düşüb,sürücü  yaralanıb

Aprelin 26-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Babaşov xəsarət alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.