logo

Sabah Bakıda 21° isti olacaq

13:53 20-04-2023 | icon 1127
Sabah Bakıda 21° isti olacaq

Azərbaycanda aprelin 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 9-13° isti, günün birinci yarısında 14-19°, bəzi yerlərdə 21°-dək isti olacağı ehtimal edilir. Axşama doğru isə şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar temperatur 4-5° enəcək. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarında gündüz, digər ərazilərdə isə gün ərzində havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-12°, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı bildirilir.