logo

Hərbi Prokurorluqda ermənilərin təxribatı ilə bağlı cinayət işi açılıb

10:50 12-04-2023 | icon 924
Hərbi Prokurorluqda ermənilərin təxribatı ilə bağlı cinayət işi açılıb

Aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!”, - məlumatda qeyd edilib.