logo

Ermənistan və Azərbaycan nümayəndələri sərhəddə görüşüb

15:25 01-04-2023 | icon 1974
Ermənistan və Azərbaycan nümayəndələri sərhəddə görüşüb

Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.

YeniAvropa xəbər verir ki, bu barədə "TASS" agentliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzinə istinadla məlumat yayıb.

"Tex-Kornidzor sahəsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda bildirilib.