logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb

10:10 31-03-2023 | icon 1127
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 144 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 86,o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 97, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb.