logo

Macarıstan şirkəti Azərbaycanda enerji içkiləri istehsal edəcək

13:13 30-03-2023 | icon 1043
Macarıstan şirkəti Azərbaycanda enerji içkiləri istehsal edəcək

Macarıstanın “Hell Energy” şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihə həyata keçirəcək.

İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması layihəsi icra olunacaq. Layihə üzrə Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 milyon ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub. Layihənin həyata keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsinə, texnoloji baxımdan qabaqcıl təcrübənin əldə olunmasına, idxalın əvəz edilməsinə və hazır məhsulun digər ölkələrə ixrac potensialının artırılmasına töhfə verəcək.

Qeyd edək ki, Macarıstanın 2006-cı ildə əsası qoyulmuş “Hell Energy” şirkətinin məhsulları dünyanın 50-dən çox ölkəsində istehlakçılara təklif olunur. Şirkət içki qutularının istehsalı və doldurulması üzrə də müasir zavodlara malikdir.