Bakıda Avropa Günləri çərçivəsində sərgi açılıb
Azərbaycan ilk dəfə Avropada mədəniyyət sahəsində ən böyük təşəbbüsə - Avropa Bədii Sənətlər Günlərinə (EACD) qoşulub. Artıq 16-cı dəfə keçirilən tədbir 20 ölkədə martın 28-dən aprelin 3-dək keçirilir.
YeniAvropa xəbər verir ki, bu təşəbbüs çərçivəsində “NUR Art House” qalereyasında Avropa İttifaqı, “World Crafts Council Europe” və “The Creative Europe Programme” təşkilatlarının dəstəyi ilə “Arts Council Azerbaijan” istehsalat birliyi ilə birgə təşkil olunmuş xalça sərgisinin açılışı olub. Sərginin təşkilindən məqsəd incəsənətin və Azərbaycanın zəngin mədəni irsinin, qədim xalq ənənələrinin tərkib hissəsi olan xalçaçılıq sənətinin təbliğidir.
Sərginin açılış mərasimində çıxış edən “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Avropa Bədii Sənətlər Günləri (Journées Européennes des Métiers d’Art, JEMA/EACD) 2002-ci ildə Fransada biennale formatında təsis edilib. Sərgilər, konfranslar və digər tədbirləri ehtiva edən bu tədbir 2011-ci ildən başlayaraq hər il keçirilir. Artıq 2012-ci ildə EACD təşəbbüsündə 20-yə yaxın ölkə iştirak edib. O qeyd edib ki, baharda təşkil edilən Avropa Bədii Sənətlər Günləri iştirakçılara xalq sənətinin ecazkar dünyasını kəşf etmək, ustalarla görüşlər keçirmək, təlim mərkəzlərində onların peşəkar təcrübəsindən faydalanmaq, seminarlara və digər tədbirlərə qatılmaq imkanı verir. D.Məmmədov deyib: “Bu təşəbbüs bədii sənətlər sahəsinin inkişafı və Avropada onlar haqqında məlumatların daha çox yayılmasına yönəlib. EACD-in builki mövzusu “Birlik”, devizi isə “Vahid əllərimiz”dir. “Arts Council Azerbaijan” ötən il “World Crafts Council Europe” şurasının üzvü olub. Bu, bizə təşəbbüsə qoşulmaq və sərgini təşkil etmək imkanı verib”.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko öz çıxışında sərginin təşkilinə görə Dadaş Məmmədova və “NUR Art House” qalereyasının direktoru Röya Tağıyevaya təşəkkürünü bildirib.
“NUR Art House” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva çıxış edərək bildirib ki, günümüzdə incəsənət aləminə və xalq yaradıcılığının sirlərinə bələd olmaq üçün təkcə muzeyləri ziyarət etmək yetərli deyil. O əlavə edib: “Qalereyamızda ilboyu təsviri incəsənətə, dizayna, fotoqrafiyaya və əlbəttə xalçalara həsr olunmuş çoxlu tədbirlər təşkil olunur. Bu gün bizim üçün birgə parlaq emosiyalar yaşamaq, ən başlıcası – yaradıcı ideyaları həyatda təcəssüm etdirən insanlarla tanış olmaq üçün gözəl imkan yaranıb”.
Sərginin ekspozisiyalarında istər qədim, istərsə də müasir xalçaçılıq nümunələri təqdim edilir. Tədbir çərçivəsində xalçaçılıq sənəti üzrə ustad dərsləri də təşkil olunacaq.
Sərgi aprelin 2-dək davam edəcək.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov