logo

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

09:29 24-03-2023 | icon 1813
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

Bu gün yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 kilometr cənub-qərbdə, İranın Xoy şəhərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb..

YeniAvropa xəbər verir ki, bu barədə  AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib

Qeyd edilib ki, zəlzələnin episentri 10 kilometr dərinlikdə olub.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss edilib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin(AFAD) yaydığı məlumata əsasən, yeraltı təkanların episentri 7 kilometr dərinlikdə olub.

Zəlzələ Türkiyənin sərhəd ərazilərində də hiss edilib.