logo

Azərbaycana bahar gəldi

08:48 21-03-2023 | icon 3283
Azərbaycana bahar gəldi

Bu gün, martın 20-də ,  Bakı vaxtı ilə saat saat 01:24-də Azərbaycana bahar gəlib.

YeniAvropa xəbər verir  ki, bu haqda Azərbaycan Milli Elmlər Akademiyasının  Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd edilib baharın gəlişi zamanı gecə-gündüz bərabərləşir.

Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçib və yaz fəsli başlayıb. Bu fəslin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq. Şimal yarımkürəsində Yaz fəsli iyunun 21-nə qədər davam edəcək. Yəni iyunun 21-i saat 18:57:47-də Azərbaycana Yay fəsli (Yay günəş duruşu) daxil olacaq.

Qeyd edək ki, XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək.