logo

Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb

10:50 21-03-2023 | icon 1463
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

DİN-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.