logo

Bakıda TÜRKPA-nın komissiya iclası keçirilir

10:40 06-03-2023 | icon 3507
Bakıda TÜRKPA-nın komissiya iclası keçirilir

Martın 6-da Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası işə başlayıb.

YeniAvropa xəbər verir ki,  iclasın gündəliyinə “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması”na dair Komissiya iclasının hesabat məruzəsinin layihəsi, “TÜRKPA üzv dövlətlərində biomüxtəlifliyin qorunması"na dair Komissiya iclasının tövsiyə qərarlarının layihəsi, Reproduktiv sağlamlığın qorunması haqqında Model Qanun layihəsi, komissiyanın 9-cu iclası, yer, tarix, gündəlik və digər məsələlər daxil edilib.