Azərbaycan Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb
Fevralın 27-də Azərbaycan Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesini başladıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib.
Vurğulanıb ki, Ermənistan hərbi güc yolu ilə Azərbaycanı Qarabağ bölgəsindəki enerji resurslarından istifadədən məhrum edərək ölkəmizin enerji ehtiyatlarını öz xeyrinə istismar etməklə, habelə Azərbaycanın öz milli enerji siyasətinə və ətraf mühitlə bağlı öhdəliklərinə uyğun olaraq enerji ehtiyatlarını daha da inkişaf etdirmək imkanından məhrum etməklə Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn fundamental prinsiplərini pozub.
Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası iddiasının əsasını Qarabağ bölgəsinin zəngin hidroenergetika ehtiyatlarının Ermənistan tərəfindən qanunsuz istismarı təşkil edir.
Qarabağ bölgəsində Azərbaycanın daxili su ehtiyatlarının 25%-nin cəmlənməsi buranı su elektrik enerjisi istehsalı üçün optimal məkana çevirib.
Ermənistanın qeyri-qanuni şəkildə istismar etdiyi hidroenergetika obyektlərinin ən böyüyü Tərtərçayın üzərində inşa edilmiş Sərsəng su anbarında yerləşən Tərtər su elektrik stansiyasıdır (Tərtər SES). Ermənistan Azərbaycanın suveren ərazilərinə hərbi təcavüzünün tərkib hissəsi kimi, 1994-cü ildə Sərsəng su anbarını və Tərtər SES-i ələ keçirib.
Ermənistan, həmçinin işğal zamanı Azərbaycanın suveren ərazisində icazəsiz ən azı 37 əlavə su elektrik qurğuları tikib.
Tərtər SES-in istehsal etdiyi elektrik enerjisi ilə yanaşı, bu əlavə icazəsiz qurğuların hasilatı açıq şəkildə Ermənistana “ixrac mənbəyi” kimi müəyyən edilmişdi. Ermənistan Azərbaycana məxsus su elektrik enerjisi ehtiyatlarının qeyri-qanuni istismarını asanlaşdırmaq üçün keçmiş işğal olunmuş ərazilərdən Ermənistana elektrik enerjisinin paylanmasının “vahid sistemi”ni yaratmış, “gündəlik elektrik enerjisi istehsalının həcmini Ermənistan ərazisindən tənzimləyib” və bölgənin mövcud qurğularını istismar etmək üçün enerji şirkətlərinə saxta “lisenziyalar” vermişdir.
İşğal zamanı Ermənistan, eyni zamanda, İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib.
Nəhayət, Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə Ermənistan arasında “birbaşa həyat xətti” kimi təsvir edilən və Ermənistanın təhlükəsizliyində “əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib.
Ermənistan, həmçinin Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb. Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilmişdir.
Bu arbitraj işinin məqsədi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqq-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir.
Beyləqanda rüşvət alan vəzifəli şəxslərə cinayət işi açılıb
“Gənclik” metrostansiyasında əslində nə baş verib?
Bu gün 467 doza vaksin vurulub
Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub
Bakıda Azərbaycan-Çexiya siyasi məsləhətləşmələri keçirilib
XİN: Ceyhun Bayramov İsraildə İrana qarşı hər hansı mövqe səsləndirməyib
Lukaşenko Rusiya qoşunlarını Belarusa yerləşdirdi
Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu keçiriləcək
Finlandiya yaxın günlərdə NATO-ya üzv olacaq-Baş katib
Milli Məclisin növbəti iclasında 29 məsələyə baxılacaq
Prezident Zaqatalada yol tikintisinə 6,7 milyon manat ayırdı
Sabah Bakıda arabir yağış yağacaq, 8° isti olacaq
Prezidentin təyyarəsindən mülki aviasiyada istifadə olunacaq
Mehriban Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Nazirliyin mətbuat katibi Dövlət Xidmətində müşavir oldu
XİN 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Daha 2 boksçumuz beynəlxalq turnirin finalına yüksəlib
Faktiki hava: Göygöl, Qusar, Gədəbəy və Daşkəsənə qar yağıb
ABŞ səfirliyi jurnalistika üzrə magistr proqramını elan edir
Dövlət sərhədini pozmaq istəyən iki nəfər saxlanılıb
Azərbaycan nefti 80,85 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 125 nəfər saxlanılıb
BMT-nin yüksək səviyyəli iclasında Ermənistanın ekoloji terrorundan danışılıb
Cüdoçularımız Antalya “Böyük dəbilqə”sində mübarizəyə başlayırlar
Azərbaycanlıların 1918-ci il soyqırımından 105 il ötür