logo

Qubada 16 sm qar yağıb, temperatur -15°-yə enib

10:10 17-02-2023 | icon 1064
Qubada 16 sm qar yağıb, temperatur -15°-yə enib

Azərbaycanın şimal bölgəsində ən çox qar Qubanın Xaltan kəndinə yağıb. Burada qarın hündürlüyü 16 santimetrə çatır. Qubanın rayon mərkəzində isə 2 santimetr qar var.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, şimal rayonlarında ən aşağı temperatur (-15°)  Qubanın Qırız kəndində qeydə alınıb. Qırız və Xınalıq kəndlərində 12 santimetr qar var.

Qusarın rayon mərkəzində 1, Ləzədə 12, Xızı rayonunun Altıağac qəsəbəsində 13 santimetr hündürlüyündə qar qeydə alınıb.