logo

Zelenski Fransanın “Fəxri legion” ordeni ilə təltif edilib

12:52 09-02-2023 | icon 1547
Zelenski Fransanın “Fəxri legion” ordeni ilə təltif edilib

Prezident Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenskini Fransanın ən ali mükafatı - “Fəxri legion” ordeni ilə təltif edib.

YeniAvropa xəbər verir ki, Emmanuel Makron təltifetmə mərasiminin görüntülərini özünün “Twitter” hesabında yerləşdirib.

Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşmək üçün fevralın 8-də Parisə gedib. Onun bu gün Avropa İttifaqının Brüsseldə keçirilən sammitində iştirak edəcəyi gözlənilir.