logo

BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfər edəcək

21:11 08-02-2023 | icon 1022
BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfər edəcək

Birləşmiş Millətlər Təşkilatı(BMT) rəsmiləri yaxın günlərdə Türkiyədə zəlzələ bölgələrinə səfər edəcəklər.

YeniAvropa xəbər verir ki, bunu BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

Onun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş zəlzələdən zərər çəkmiş ölkələrin rəhbərləri ilə əlaqə saxlayıb və təşkilatın fövqəladə hallar qruplarının bölgəyə səfərbər olunduğunu bildirib.