logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50 08-02-2023 | icon 938
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 49 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 121, o cümlədən borclu şəxs qismində axtarılan 93 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.