logo

AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarır

16:32 07-02-2023 | icon 1890
AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarır

"Azərbaycan Hava Yolları" QSC(AZAL) zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən sərnişinlərin Türkiyəyə və geriyə aviabiletlərinin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına şərait yaradıb. 

YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.

Türkiyənin aşağıdakı şəhərlərində baş vermiş zəlzələ səbəbindən:

Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Malatya, Diyarbəkir, Mardin, Batman, Ərzurum, Ərzincan, Sivas, Şırnak, Siirt, Van, Muş, Bingöl, Ağrı, Iğdır, Adana, Qars, Rizə, Trabzon, Giresun, Ordu, Samsun, Tokat, Merzifon, Kayseri, Adıyaman, Hatay, Elazığ, Nevşehir, Kastamonu və Sinop Ankara, İstanbul, İzmir və Antalyanın bütün beynəlxalq hava limanlarına reys yerinə yetirən AZAL və “Buta Airways”in fevralın 6-dək əldə edilmiş uçuş tarixi fevralın 6-dan 21-dək olan aviabiletlərinin, 31 mart 2023-cü il daxil olmaqla, “involuntary” proseduru çərçivəsində geri qaytarılması və istənilən digər tarixlərə yenidən bron edilməsi təmin olunur.