logo

Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalayıb

21:29 04-02-2023 | icon 1540
Azərbaycan və Monteneqro hava əlaqələri haqqında Saziş imzalayıb

Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter"  hesabında məlumat paylaşıb.

Nazir qeyd edib ki, bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzalanıb.

Nazir bildirib ki, bu Saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.