logo

Dövlət sərhədini pozan 2 İki Əfqanıstan vətəndaşı saxlanılıb

12:54 04-02-2023 | icon 1008
Dövlət sərhədini pozan 2 İki Əfqanıstan vətəndaşı saxlanılıb

Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən iki naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyənləşdirilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.