logo

Ağstafada kənd bələdiyyə sədrinə cinayət işi açılıb

14:54 31-01-2023 | icon 945
Ağstafada kənd bələdiyyə sədrinə cinayət işi açılıb

Ağstafa rayon Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2-ci (təkrar mənimsəmə), 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.