logo

Azərbaycan və Tacikistan XİN başçıları telefonla danışıblar

18:28 28-01-2023 | icon 889
Azərbaycan və Tacikistan XİN başçıları telefonla danışıblar

Yanvarın 28-də Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəzasını tapmasının zəruri olduğunu vurğulayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, nazir Sirojiddin Muhriddin hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətinin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib. Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.