logo

Bu gün Azərbaycanda 353 doza vaksin vurulub

17:17 28-01-2023 | icon 1722
Bu gün Azərbaycanda 353 doza vaksin vurulub

Yanvarın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 353 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 122, ikinci doza vaksinlərin sayı 34, üç və daha çox doza vaksinlərin sayı 173, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 24-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 941 min 883, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 402 min 73, ikinci mərhələ üzrə 4 milyon 876 min 873, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 397 min 733, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 204-dür.