logo

Qırğızıstanın XİN başçısı  Azərbaycana başsağlığı verib

20:10 27-01-2023 | icon 910
Qırğızıstanın XİN başçısı  Azərbaycana başsağlığı verib

Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənYeniAvropa-ya bildirilib ki, C.Kulubayev səfirliyimizin əməkdaşının bu xain terror aktı nəticəsində həlak olmasını dərin kədər hissi ilə qeyd edərək, başsağlığı verib.

Beynəlxalq hüquq normalarına zidd şəkildə diplomatik xidmət orqanlarına və onların əməkdaşlarına qarşı törədilən belə xain hücumları qətiyyətlə pisləyən nazir C.Kulubayev Qırğız Respublikasının Azərbaycan ilə həmrəyliyini, səfirlik əməkdaşlarına qarşı belə terror aktlarının törədilməsinin qəbuledilməz olduğunu bildirib.

Nazir C.Bayramov başsağlığına və həmrəylik nümayişinə görə həmkarına təşəkkür edərək, səfirliyimizin əməkdaşının həyatını itirməsinə səbəb olan bu qanlı əməlin günahkarlarının müəyyənləşdirilərək layiqli cəza almasını təmin etmək üçün tərəfimizdən bütün lazımi tədbirlərin görüləcəyini əminliklə vurğulayıb.