logo

Ötən il Azərbaycanda 36,5 min cinayət faktı qeydə alınıb

10:01 27-01-2023 | icon 938
Ötən il Azərbaycanda 36,5 min cinayət faktı qeydə alınıb

Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 36 min 494 cinayət faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev yanvarın 27-də Baş Prokurorluqda keçirilən kollegiya iclasında məlumat verib.

Baş prokuror bildirib ki, həmin cinayətlərin 88,2 faizinin açılması təmin olunub. Bu cinayət faktlarının 95,2 faizini prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib.