logo

 “Şuşa İli” çərçivəsində 9 dildə 240 məqalə hazırlanıb

12:32 24-01-2023 | icon 1050
 “Şuşa İli” çərçivəsində 9 dildə 240 məqalə hazırlanıb

Agentlik müvafiq tədbirlər planına uyğun olaraq 2022-ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi elan etmişdi. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatının layihə müraciəti daxil olub. Agentliyin Müşahidə Şurasının qərarı ilə 22 layihəyə maliyyə yardımı ayrılıb.

YeniAvropa xəbər verir ki, bu fikirləri "Şuşa İli"nə həsr olunmuş xüsusi qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva söyləyib.

O bildirib ki, layihələr çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ, Cənubi Koreya, Fransa, Norveç və sair fərqli formatlarda tədbirlər təşkil edildi. Dünyanın müxtəlif ölkələrindən olan alimlərin, blogerlərin, influenserlərin Azərbaycana, Şuşaya səfərləri təşkil edildi, sənədli filmlər, saytlar, vikipediyada 9 dildə 240 yeni məqalə hazırlandı.