logo

Daşkəsənin dağ kəndlərində qarın hündürlüyü 30 sm-ə çatır

14:14 05-12-2022 | icon 8428
Daşkəsənin dağ kəndlərində qarın hündürlüyü 30 sm-ə çatır

Dekabrın 3-dən başlayaraq Daşkəsən ərazisinə qarın yağması davam edir. Rayonun ucqar dağ kəndlərində qarın hündürlüyü 25-30 santimetrə, rayon mərkəzində isə 15-20 santimetrə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daşkəsən rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədr müavini Elmar Əliyev məlumat verib.

O bildirib ki, “31 saylı Yol İstismarı” İdarəsi mütəmadi olaraq yollarda yaranmış çətinlikləri aradan qaldırır, qabaqlayıcı tədbirlər görür. Rayonda elektrik enerjisinin, qazın, rabitənin və içməli suyun verilişində fasilə yaranmayıb.