logo

Xızıda 11 sm qar yağıb, Qubada isə 11° dərəcə şaxta var

09:09 05-12-2022 | icon 1190
Xızıda 11 sm qar yağıb, Qubada isə 11° dərəcə şaxta var

Quba, Qusar və Xızı rayonlarına qar yağıb.

 YeniAvropa xəbər verir ki, Qubanın rayon mərkəzində qarın hündürlüyü 3 santimetr, Xaltan və Qrız kəndlərində isə 2 santimetr olub.

Xızının Altıağac qəsəbəsində 11, Qusarın rayon mərkəzində isə 2 santimetr hündürlüyündə qar müşahidə olunub.

Bölgədə ən aşağı temperatur (-11 dərəcə) Qubanın Qrız kəndində qeydə alınıb.