logo

İstanbulda İƏT-in Daimi Komitəsinin iclası keçirilib

14:54 28-11-2022 | icon 1162
İstanbulda İƏT-in Daimi Komitəsinin iclası keçirilib

Noyabrın 28-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclasının rəsmi açılış mərasimi keçirilib. Komitənin builki toplantısı “COVID-19 Pandemiyası işığında effektiv sosial yardımın təminatı və sosial-iqtisadi gücləndirmə” mövzusunda baş tutub.

YeniAvropa xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan,  İƏT-ə üzv və müşahidəçi ölkələr, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycanı tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Noyabrın 26-da başlayan tədbirin ilk iki günü yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə “İqtisadi əməkdaşlıq sahəsində özəl sektorun rolunun artırılması”, “Maliyyə əməkdaşlığının dərinləşdirilməsi”, “Nəqliyyat və kommunikasiyanın təkmilləşdirilməsi”, “Davamlı və rəqabətli turizm sektorunun inkişafı”, “Kənd təsərrüfatı sektorunda səmərəliliyin artırılması və ərzaq təhlükəsizliyinin davamlılığının təmin edilməsi”, “Yoxsulluğun azaldılması”, “Rəqəmsal transformasiyada əməkdaşlıq” kimi bir sıra mövzular müzakirə olunacaq.

Tədbir Türkiyə prezidentinin sədrliyi ilə davam edib.