logo

İlham Əliyev Belqradda Taşmaydan parkında olub

18:18 23-11-2022 | icon 1225
İlham Əliyev Belqradda Taşmaydan parkında olub

Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 23-də paytaxt Belqraddakı Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı abidələrin önünə əklil qoyub.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub.