logo

Paytaxtda mənzildən 25 min dollar oğurlanıb

16:16 09-11-2022 | icon 1624
Paytaxtda mənzildən 25 min dollar oğurlanıb

Bakıda mənzildən 25 min dollar oğurlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 25000 dollar və 200 avro oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.