Şuşanın işğaldan azad olunmasından iki il ötür
Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Şuşa şəhərində dalğalanmasından iki il ötür.
YeniAvropa xəbər verir ki, Vətən müharibəsinin 43-cü günündə - 2020-ci il noyabrın 8-də prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması müjdəsi ilə xalqımıza böyük sevinc, qürur və fəxarət bəxş etdi. Xalqımız 30 ilə yaxın həsrətində olduğu doğma Şuşa şəhərinin azad edilməsini böyük coşqu hissi ilə qarşıladı. Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.
Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir
Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu Vətən müharibəsində hər bir şəhər və kəndimizin işğaldan azad edilməsi zamanı qəhrəmanlıq səhifəsi yazdı. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıqla və peşəkarlıqla həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri də Şuşa döyüşləridir. Vətən müharibəsi zamanı hər gün surətlə irəliləyən, torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu oktyabrın ortalarında Hadrut qəsəbəsini, daha sonra Xocalı rayonunun Çanaqçı kəndini, ardından isə strateji Şuşa-Laçın yolunun bir hissəsini düşməndən azad edib. Bundan sonra qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla sıx meşələrdən, dərin dərələrdən keçərək, qayalara, dağlara dırmaşaraq düşməni üzbəüz döyüşdə məhv edib, təbii istehkam olan Şuşa şəhərini azad ediblər. Xarici hərbi ekspertlərin də diqqət mərkəzində olan bu döyüşlər hərbçilərimizin yüksək döyüş taktikası seçməsinin, peşəkarlığının və vətənpərvərliyinin nəticəsi idi.
Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Qədim Şuşada erməni vandalizmi
Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan yüzlərlə yaşayış binası, mədəniyyət və tarixi abidə var idi. Ermənilər işğal etdikləri digər rayon və şəhərlərdə olduğu kimi, Şuşada da tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Şəhərdəki mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər talan edilib, dağıdılıb və ya erməniləşdirilib.
Şuşa şəhərində erməni vandalizminə məruz qalan qədim yaşayış binaları, tarixi-memarlıq nümunələri və mədəniyyət ocaqlarından XVIII əsrə dair Şuşa qalasının divarlarını, Pənah xanın sarayı və kitabxanasını, İbrahim xanın bürcü və qəsrini, Xan sarayı və karvansarayı, M.P.Vaqifin mədrəsəsi və türbəsini, Yuxarı məscid mədrəsəsini, Hacıqulların malikanəsini, İkimərtəbəli karvansarayı, Mehmandarovların malikanə kompleksini, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidlərini, Xurşidbanu Natəvanın evi və bulağını, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin, Xan Şuşinskinin, tarzən Sadıqcanın evlərini, Mamay bəyin evini, məscidi və bulağı, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeylərini, Şirin su hamamını və sairi göstərmək olar.
Şuşa şəhəri 28 il erməni işğalında qalsa da, sınmadı, əyilmədi. İşğalçılar bu şəhərdən xalqımızın izini silə, Azərbaycan ruhunu itirə bilmədilər. Prezident İlham Əliyevin dediyi kimi “İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”.
Bəli, biz 28 illik ayrılıqdan sonra Şuşaya qayıtdıq. Bizim bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. İndi ermənilərin işğal dövründə Şuşaya vurduğu yaralar sağalır, mədəniyyət paytaxtımızın yeni inkişaf dövrü başlayır.
Şuşada geniş bərpa-quruculuq işləri həyata keçirilir
Şuşanın əvvəlki şöhrəti özünə qaytarılır, şəhər ənənəvi dolğun mədəni həyatına qovuşur. Şuşa işğaldan azad edildikdən dərhal sonra şəhərin bərpası istiqamətində işlərə başlanıldı. Görülən işlər sırasında infrastruktur layihələri xüsusi əhəmiyyət daşıyır. İlk olaraq “Zəfər yolu” inşa edildi, 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası istifadəyə verildi, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkildi, şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edildi. Hazırda Şuşa şəhərinə gedən ikinci yolun - Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşası aparılır.
Şəhərdə infrastruktur layihələri ilə yanaşı tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir. Bir sıra yeni binaların da tikintisinə başlanılıb. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun həyata keçirilir. Prezident İlham Əliyev bu haqda deyib: “Şuşanın tarixi simasını bərpa etməliyik. Hər hansı bir tarixi memarlıq ansambla xələl gətirə biləcək başqa layihə orada icra edilməməlidir”.
Artıq Şuşada “Xan qızı” bulağı bərpa olunub. Qısa vaxtda Heydər Əliyev Fondu tərəfindən dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksində təmir-bərpa və yenidənqurma işləri görülüb. Şəhərdə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli və dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstü qoyulub. Xalq artisti Bülbülün ev-muzeyi bərpa edilib. Qala divarlarında təmir-bərpa işləri aparılıb. Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlər üzrə layihə hazırlanıb. Heydər Əliyev Fondu tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı məscidlərində və Mehmandarovların malikanə kompleksində bərpa işləri aparılır.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binası əsaslı şəkildə təmir edilib. “Xarıbülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Hazırda Şuşada yaşayış kompleksinin, hotel və konfrans mərkəzinin, 960 şagirdlik məktəbin, 90 çarpayılıq xəstəxananın, yeni məscidin və beşulduzlu otelin inşası həyata keçirilir, mənzil-kommunal və təmir xidmətinin inzibati binası bərpa olunur.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mədəni-kütləvi tədbirlərin keçirilməsi də bərpa edilib - Vaqif poeziya günləri, Xarıbülbül festivalı, Milli Musiqi Günü çərçivəsində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının konserti, VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konserti və bir sıra digər mədəni-kütləvi tədbirlər keçirilib. Bütün bunlar onu göstərir ki, Şuşanın əvvəlki şöhrəti özünə qaytarılır, şəhər ənənəvi dolğun mədəni həyatına qovuşur.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq