Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” (THY) şirkəti Lənkəran Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirməyi planlaşdırır.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə mətbuatı aviaşirkətə istinadla məlumat yayıb.
Xəbərdə THY Lənkəranla yanaşı, Amerikada 5, Avropada 10, Asiya-Sakit okean regionunda 6, Afrika və Yaxın Şərq regionunda isə 7 istiqaməti marşrut hədəfi seçdiyi bildirilib.