Cari ilin ilk 9 ayında “Azəri-Çıraq-Günəşli” yatağından 7 milyard 528 milyon ABŞ dolları gəlir əldə edilib.
Dövlət Neft Fondundan YeniAvropa-ya bildirilib ki, 9 ayda “Şahdəniz” yatağından isə (qaz və kondensat) 1 milyard 209 milyon ABŞ dolları gəlir əldə olunub.
O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328 milyon 567 min ABŞ dolları təşkil edib.