Yanvar-sentyabr aylarında Azərbaycana 743 milyon 966 min ABŞ dolları dəyərində 55 min 199 avtomobil idxal olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, ölkəyə gətirilən avtomobillərin 337-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Həmçinin minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin 51 min 55-i əsasən adamların daşınması üçün nəzərdə tutulub. 3585-i yük daşımaq üçün, 222-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.